Çində növbəti motosalon

Çin bu il 8-ci motosalona ev sahibliyi edir.

Çin ənənəvi olaraq sərgi salonlarının genişliyi, təşkilat işin yüksək səviyyəsi və nəhayət aşağı qiymətləri ilə istehlakçıları cəlb edir. Lent.az “scooter-systemes.fr” saytına istinadən bildirir ki, sentyabrın 17-dən 20-dək Şonqkinq şəhərində təşkil olunacaq motosalonda (SimaMotors – China International Motorcycle Exhibition) 450 firmanın iştirakı gözlənilir. 30 000 kvadrat metr sahəsi olan salonda motosikl, trisikl, kvadrosikl, skuter, velosiped və ehtiyat hissələr təqdim olunacaq. Sərginin təşkilatçılarının fikrincə, salona 30 ölkədən 60 mindən çox ziyarətçi gələcək.

Deyəsən, Çinin istehsal etdiyi ikitəkərli texnika artıq istehlakçıları valeh edə bilir.

No comments: